Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Paytaxtda avtobusun iştirakı ilə zəncirvari qəza - Video
 
						Paytaxtda avtobusun iştirakı ilə zəncirvari qəza 
							 - Video
Əlavə olunub: 03.06.2025 | 09:27 | Baxılıb: 2418
Martın 5-də Bakıda marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.

“past.az” xəbər verir ki, Binəqədi rayonu ərazisində 170 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus “Mercedes” markalı yük maşını və “Ford” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra idarəetmədən çıxan avtobus yol kənarında dayanmış “Toyota Prius”a çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib, yolda güclü tıxac yaranıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.