Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Pərvinin evindən 100 min oğurlanıb - Video
 
						Pərvinin evindən 100 min oğurlanıb 
							 - Video
Əlavə olunub: 06.24.2025 | 13:52 | Baxılıb: 7612
Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib. 

“past.az” xəbər verir ki, bu barədə aktrisa “İncə səhər” verilişində danışıb. 

“Evimdən bir dəfə çox yüklü miqdarda pul oğurlanıb. Kim olduğunu da bilirəm. Sadəcə olaraq üzüm gəlmir deməyə. Böyük miqdardır, az deyil. 100 mindən çoxdur. Bu, bir neçə dəfəyə götürülüb. Hissə-hissə götürüb. Öncədən bilmirdim, düşünürdüm ki, pul yerindədir.

Ora çox az baxardım, aylarla baxmazdım. Bu, mənim özüm üçün olan pul deyildi. Qardaşımın təhsili üçün yığılmış məbləğ idi və götürüldü. Mən bilirəm, ailəm bilir, amma dərininə getmədim. Uzun illər evə gəlib-gedən, ailəmizin içi olan biri idi. Sübut edə bilmədim”, - aktrisa bildirib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.