Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
 
						PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? 
							 - Dosye
Əlavə olunub: 06.30.2025 | 18:53 | Baxılıb: 60284
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

“past.az"in məlumatına görə, mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.

O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunduğu general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.

Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.

Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.

Məlumata görə, Fərid Əsgərovun qardaşı Əli Əsgərov 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.