Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Putin-Vitkof görüşü başa çatdı - Yenilənib
 
						Putin-Vitkof görüşü başa çatdı 
							 - Yenilənib
Əlavə olunub: 04.11.2025 | 19:33 | Baxılıb: 2556
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında görüş başlayıb.

“past.az” xəbər verir ki, bu barədə Kreamlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Sankt-Peterburqda keçirilir.

Vitkofun təyyarəsi Sankt-Peterburqun Pulkovo hava limanına eniş edib.

Qeyd edək ki, bu, Vitkofun Rusiyaya üçüncü səfəridir. Bundan əvvəl martın 13-də Moskvaya gedən xüsusi nümayəndə Rusiyanın yüksək səviyyəli nümayəndələri ilə görüşüb və axşam saatlarında Putin tərəfindən qəbul edilib.

***

Kremlin məlumatına görə tərəflər arasında qapalı formatda baş tutan görüş artıq başa çatıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.