Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaçırıldığı deyilən məktəbli qızla bağlı - Açıqlama - Yenilənib
 
						Qaçırıldığı deyilən məktəbli qızla bağlı 
							 - Açıqlama - Yenilənib
Əlavə olunub: 03.14.2025 | 00:30 | Baxılıb: 7192
Goranboy rayonunda məktəbli qız itkin düşüb.

“past.az"in məlumatına görə, 9-cu sinif şagirdi 15 yaşlı Z. B.-nin itkin düşməsi barədə yerli hüquq-mühafizə orqanı əməkdaşları məlumatlandırılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Məktəbli qızın evlənmək məqsədilə qaçırıldığı iddia olunur.

***

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, sözügedən şagird 3 dərsdə iştirak etsə də, lakin 4-cü dərsdən məktəbi tərk edib:

“Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdinin qaçırıldığı iddiası ilə bağlı yayılan xəbərlə bağlı bildiririk ki, məktəbin şagirdi martın 12-də ilk 3 dərsdə iştirak edib. 4-cü dərsdən məktəbi tərk edərək sonrakı dərslərdə iştirak etməyib”.

Bildirilib ki, aidiyyəti qurumlarla birlikdə şagirdin valideyni ilə əlaqə saxlanılıb.

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.