“past.az” xəbər verir ki, İstanbul təmsilçisi doğma azarkeşləri önündə “Başakşəhər”lə qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.
“Sarı-qırmızılar”a qələbə qazandıran qollara Dries Mertens və Viktor Oşimen imza atıb.
Qeyd edək ki, “Qalatasaray” başa çatan mövsümdə ölkə çempionu olmaqla yanaşı, Türkiyə kubokunu da başı üzərinə qaldırıb.