“past.az” xəbər verir ki, turun son matçında “Qarabağ” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib.
Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Sumqayıt” “Turan Tovuz”a (0:1), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Zirə” – “Sabah” görüşündə isə qalib müəyyənləşməyib – 1:1. “Neftçi” isə bu gün “Səbail”ə 3:0 hesabıyla qalib gəlib.
Qeyd edək ki, matçdan sonra “Qarabağ” çempionluq kuboku təqdim ediləcək.
Premyer Liqa
35-ci tur
18 may
“Qarabağ” – “Kəpəz” 3:0
Qollar: Leandro Andrade, 31. Aleksey Kaşuk, 72. Musa Qurbanlı, 82.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabbarov.
“Azərsun Arena”, 19:00.