Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ” nə vaxt mükafatlandırılacaq?
 
						“Qarabağ” nə vaxt mükafatlandırılacaq?
Əlavə olunub: 05.13.2025 | 22:45 | Baxılıb: 1342
Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi “Qarabağ” mükafatlandırılacaq.

“past.az” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir 18 mayda “Azərsun Arena”da keçiriləcək.

35-ci tur çərçivəsində, saat 19:00-da start götürəcək “Kəpəz”lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Azərbaycan 1-ci Liqasında 2024/2025 mövsümünün qalibi olan “Qəbələ”yə isə qızıl medallar 26-cı turda təqdim olunacaq. Təltifetmə mərasimi 15 mayda Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” saat 16:00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.