Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ” rekordunu təkrarladı
 
						“Qarabağ” rekordunu təkrarladı
Əlavə olunub: 05.25.2025 | 11:01 | Baxılıb: 1088
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb.

“past.az” xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Qurban Qurbanovun komandası sonuncu – 36-cı turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.