Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qarabağa köçən və işləyənlərin sayı məlum oldu
 
						Qarabağa köçən və işləyənlərin sayı məlum oldu
Əlavə olunub: 03.14.2025 | 11:40 | Baxılıb: 1925
İşğaldan azad olunmuş ərazilərə 10 mindən çox şəxs köçürülüb və evlərlə təmin edilib.

“past.az” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bidirilib ki, indiyədək respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış 2615 ailə olmaqla 10 233 nəfərin Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdərə və Xocalı rayonlarına köçürülməsi təmin olunub.

Bütövlükdə isə 30 minə yaxın insan orada yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ümumilikdə 5347,2 mln. manat vəsait ayrılıb.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.