Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qarabağ”dan böyükhesablı qələbə
 
						“Qarabağ”dan böyükhesablı qələbə
Əlavə olunub: 06.30.2025 | 21:00 | Baxılıb: 2234
“Qarabağ” və “Zirə” yay təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarına çıxıblar.

“past.az” xəbər verir ki, Ağdam təmsilçisi və Bakı klubu bu gün “Azersun Arena”da üz-üzə gəliblər.

Görüş “Qarabağ”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0. Qolları Kadi Borges (10), Emmanuel Addai (50), Aleksey Kaşuk (58) və Musa Qurbanlı (64) vurub.

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Zirə” isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya “Hayduk”u ilə üz-üzə gələcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.