“past.az” xəbər verir ki, bu posta serbiyalı mütəxəssis İvan Yuriç təyin edilib.
Qasperinini əvəz edən Yuriçlə 3 illik müqavilə imzalanıb.
Yuriç ötən mövsümə “Roma”da start versə də, 12 matçdan sonra klubdan ayrılmışdı. 9 il “Atalanta”nın sükanı arxasında olan 67 yaşlı Qasperini “Roma”ya keçib.
Qeyd edək ki, Yuriç daha əvvəl “Mantova”, “Krotone”, “Cenoa”, “Verona” və “Torino” kimi klubları idarə edib.