Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qaynayan çaydan ölümünə səbəb oldu
 
						Qaynayan çaydan ölümünə səbəb oldu
Əlavə olunub: 03.13.2025 | 09:21 | Baxılıb: 3520
Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“past.az” xəbər verir ki, 1977-ci il təvəllüdlü Şəhla Dünyamalıyeva yaşadığı evdə qazdan boğularaq ölüb.

Belə ki, o, çaydanı qaz sobasının üstünə qoyub və yataq otağında yuxuya gedib.

Bu zaman qaynayan çaydandan daşan qaynar su sobanın sönməsinə səbəb olub. Nəticədə qaz evə dolub və 48 yaşlı qadın boğularaq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.