“past.az"in məlumatına görə, rayon sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib.
Yeniyetmə əməliyyatdan üç gün sonra xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı TƏBİB-dən “past.az"in sorğusuna cavab olaraq bildirilib ki, iyunun 23-ü 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub.
Əməliyyatdan sonra xəstə tam ayılmış və adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və zəruri tibbi yardımlar göstərilib.
İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:35 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.