Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qəbələdə 17 yaşlı oğlan itkin düşdü - Foto
 
						Qəbələdə 17 yaşlı oğlan itkin düşdü 
							 - Foto
Əlavə olunub: 04.12.2025 | 15:43 | Baxılıb: 2598
Qəbələ rayon sakini, 2008-ci il təvəllüdlü Mətləb Mirağayev martın 29-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

“past.az” xəbər verir ki, bu haqda DİN məlumat yayıb.

Məlumata görə, sonuncu dəfə onun əynində boz rəngli jaket, göy şalvar və ağ rəngli idman ayaqqabısı olub.

Onun əlamətləri: boyu 160 sm, gözlərinin rəngi şabalıdı, saçları qaradır.

M.Mirağayevin harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)204-18-28  şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.