Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Qızıl buts”a əsas namizədlər onlardır
 
						“Qızıl buts”a əsas namizədlər onlardır
Əlavə olunub: 05.13.2025 | 05:05 | Baxılıb: 3001
“Real Madrid”in fransalı ulduzu Kilian Mbappe “Qızıl buts”a namizədlər arasına yüksəlib.

“past.az” bu barədə “A Bola” nəşrinə istinadən xəbər verir.

Mükafat siyahısına 57 xalla “Sportinq”in hücumçusu Viktor Qyökeres başçılıq edir. “Liverpul”un vingeri Məhəmməd Salah 56 xalla ikinci yerdədir.

Kilian isə 54 xal ilə üçüncü yerdə qərarlaşıb.

İlk beşlikdə “Barselona”nın hücumçusu Robert Levandovski və “Bavariya”nın oyunçusu Harri Keyn yer alıb.

Xatırladaq ki, “Qızıl buts” UEFA-ya daxil olan ölkə çempionatlarının ən yaxşı bombardirinə verilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.