Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qızını öldürməsinə intihar donu geydiribmiş... - Türkiyə bu hadisədən danışır
 
						Qızını öldürməsinə intihar donu geydiribmiş... 
							 - Türkiyə bu hadisədən danışır
Əlavə olunub: 04.09.2025 | 21:33 | Baxılıb: 4681
Türkiyənin Samsun şəhərində ana öz qızını qətlə yetirib.

“past.az” yerli mətbuata istinadən xəbər verir ki, Sultan Günaydın adlı qadın müəllim kimi çalışan qızı Tuba Bahar Günaydınla mübahisə edib.

Bu zaman o, qızının boynunu sındıraraq öldürüb.

Bundan sonra cinayət əməlini ört-basdır etməyə çalışan ana ölmüş qızının biləklərini kəsərək hadisəyə “intihar” donu geydirməyə çalışıb.

Lakin, onun əməlinin üstü açılıb və S.Günaydın polis tərəfindən saxlanılıb.

Ananın qızına qarşı amansız rəftarı Türkiyə gündəminə düşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.