Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qubada həkim maşınla müəllimi vurdu
 
						Qubada həkim maşınla müəllimi vurdu
Əlavə olunub: 03.11.2025 | 16:58 | Baxılıb: 2203
Qubada piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“past.az"in məlumatına görə, Quba Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Röya Sultanova idarə etdiyi “KİA” markalı minik avtomobili ilə şəhərin Ə.Nərimanov küçəsində yolu keçmək istəyən 1974-cü il təvəllüdlü piyada Şəlalə Ağayevanı vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ş.Ağayeva Quba şəhərindəki məktəblərin birində fizika müəllimi işləyir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.