Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qurban Qurbanov püşkü dəyərləndirdi
 
						Qurban Qurbanov püşkü dəyərləndirdi
Əlavə olunub: 06.18.2025 | 20:12 | Baxılıb: 2202
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün keçirilən püşkatmasında “Qarabağ”ın rəqibi bəlli olub. Ağdam təmsilçisi “Şelburn” – “Linfild” cütünün qalibi ilə görüşəcək. 

“past.az"in məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov bununla bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

“Çoxdandır belə komandalara qarşı oynamırıq. Baxmayaraq ki, “Linfild” bizə tanış rəqibdir. Onlara qarşı gərgin oyunlarımız keçmişdi. Ümumilikdə stabil komandadır. İrlandiya futbolu da sürətlə inkişaf etməyə başlayıb. Hər iki komanda, bəlkə də, bizə uyğun olmayan rəqibdir. Tez bir zamanda ətraflı məlumat topladıqdan sonra ciddi şəkildə hazırlaşacağıq. 

Belə komandaların istəyi çox olur, sürətə, güc futboluna üstünlük verirlər. İstənilən halda Çempionlar Liqasında zəif komanda olmur, hamısı ambisiyalıdır. Bir aya yaxın vaxtımız var. Bu müddətdən düzgün istifadə etmək istəyirik. İlk oyunumuz səfərdə olacaq və bu ölkələrlə məsafə çox uzaqdır. Ancaq bunları özümüzə problem hesab etməli deyilik. Buna uyğun proqram quracağıq. İstənilən çətinliyə, uzaq yola və ya hava şəraitinə baxmayaraq, ilk matça hazır olmağa çalışacağıq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.