Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Quska” yenə hakim qarşısına çıxacaq
 
						“Quska” yenə hakim qarşısına çıxacaq
Əlavə olunub: 03.24.2025 | 18:41 | Baxılıb: 3390
Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

“past.az"in məlumatına görə, “Quska” kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir, bəraət istəyir.

Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq.

Xatırladaq ki, “Quska” 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.