“past.az” xarici mətbuata istinadən xəbər verir ki, 73 yaşlı çalışdırıcıya “Stadio Olimpiko”da xüsusi pankartlar və xoreoqrafiya açılıb.
Qeyd edək ki, K. Rayneri “Roma”ya qışda gəlib. O, 12-ci pillədə qəbul etdiyi komandanı 18 oyun məğlubiyyətsiz seriya ilə liderlər sırasına qaldırıb. Romalılar artıq Avropa Liqasına vəsiqəni təmin edərək Çempionlar Liqasına şansını saxlayır.