Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Raul “Real”dan getdi
 
						Raul “Real”dan getdi
Əlavə olunub: 05.28.2025 | 01:38 | Baxılıb: 2008
“Real Madrid”in sabiq futbolçusu Raul Qonzales klubun gənclərdən ibarət “Kastilya” komandasının baş məşqçi postunu tərk edib.

“past.az” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

“Klubumuzun və dünya futbolunun tarixində ən böyük əfsanələrdən birinin bizim gənclərdən ibarət klubumuza rəhbərlik etməsi “Real Madrid” üçün böyük iftixar idi. O, “Real Madrid”in bütün dəyərlərinin parlaq nümunəsidir.

Raul bütün “Real” azarkeşlərinin qəlbində əbədi qalacaq və “Real” hər zaman onun evi olacaq. Raula və onun ailəsinə həyatın bu yeni mərhələsində ən gözəl şeylər arzulayırıq”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 47 yaşlı Raul Qonzales 1994-2010-cu illərdə “Real Madrid”də çıxış edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.