Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Real” onu transfer etmək istəyir
 
						“Real” onu transfer etmək istəyir
Əlavə olunub: 06.28.2025 | 22:26 | Baxılıb: 5706
“Real Madrid” “Ştutqart” və Almaniya yığmasının hücumçusu Nik Voltemadeni transfer etmək istəyir.

“past.az” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. 

Bildirilib ki, Almaniya klubu 23 yaşlı futbolçunu 60 milyon avroya satmaq niyyətindədir.

Futbolçu ilə “Atletiko Madrid”, “Bavariya” və “Çelsi” də maraqlanır.

Qeyd edək ki, Voltemade Almaniya millisinin heyətində iki matçda meydana çıxıb. O, ötən mövsüm bütün yarışlarda 33 matçda iştirak edib, 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.