“past.az” xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı mərkəz müdafiəçisi yaxın zamanda tibbi müayinədən keçəcək. Daha sonra isə Madrid təmsilçisi İspaniya millisinin oyunçusu ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq.
“Kral klubu” onun transferi üçün 50 milyon funt sterlinq ödəyəcək.
Qeyd edək ki, Din Höysen bu mövsüm “Bornmut”un heyətində 34 oyuna çıxaraq 3 qol vurub və 1 qolun ötürməsini edib.