Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi
 
						Rəhman Rəhmanov xəstəxanaya yerləşdirildi
Əlavə olunub: 06.28.2025 | 00:46 | Baxılıb: 3924
Əməkdar artist Rəhman Rəhmanov xəstəxanaya yerləşdirilib.

“past.az” “Axşam.az”a istinadən xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər məlumat verib.

O, bildirib ki, aktyorun vəziyyəti pisləşib burnundan qan açılıb. Aktyor özü də xəstəxanadan efirə görüntülü qoşularaq səhhəti ilə bağlı açıqlama verib:

“65 yaşım var, bu günə qədər qanaxma nədir bilməmişəm. Amma 4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi. Özü də sel kimi. Təcili yardıma müraciət etdim. Gecəyarı idi, xəstəxanaya apardılar. Orada müalicə etdilər. Qanaxma dayandı. Lakin evə gəldim, qanaxma yenidən başladı. Sonra başqa bir həkimə müraciət etdim. İndi qanaxmam dayanıb. Yəqin ki, daha da yaxşı olacağam”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.