Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəsmi Bakı Ermənistana çağırış etdi
 
						Rəsmi Bakı Ermənistana çağırış etdi
Əlavə olunub: 04.04.2025 | 21:38 | Baxılıb: 2891
Azərbaycan Ermənistan tərəfini beynəlxalq insan hüquqları və humanitar hüquq öhdəliklərini yerinə yetirməyə və Azərbaycan ərazisində işğal dövründə kütləvi şəkildə basdırılmış minalar haqqında dəqiq məlumatları paylaşmağa çağırıb.

“Qafqazin fo” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.

O da qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasında mina qurbanlarının hüquqlarının tanınması istiqamətində mühüm addım atılıb.

“Azərbaycan əsl həmsponsor kimi BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında “Piyada əleyhinə minaların bütün insan hüquqlarının tam istifadəsinə təsiri” adlı qətnamənin qəbul edilməsini alqışlayır”, - məlumatda deyilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.