Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəsmi Bakıdan İsrail və İran arasında atəşkəsə dair - Bəyanat
 
						Rəsmi Bakıdan İsrail və İran arasında atəşkəsə dair 
							 - Bəyanat
Əlavə olunub: 06.24.2025 | 16:42 | Baxılıb: 3001
“İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq. Bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır”.

“past.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İsrail və İran arasında atəşkəslə bağlı bəyanatında deyilir.

“Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə bəyanatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.