Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəsmi Bakıdan Rusiyada azərbaycanlılara hücumlarla bağlı - Bəyanat
 
						Rəsmi Bakıdan Rusiyada azərbaycanlılara hücumlarla bağlı 
							 - Bəyanat
Əlavə olunub: 06.28.2025 | 10:53 | Baxılıb: 4989
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücumlarla bağlı bəyanat yayıb.

“past.az” xəbər verir ki, bəyanatda deyilir:

“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.