“past.az” xəbər verir ki, ən ağır çəkidə (-120 Super Heavyweight) iştirak edərək mükafatçılar sırasına çıxan Rəsul Abbasov 3-cü yer uğrunda görüşdə Fransanı təmsil edən Bacha Karim ilə qarşılaşıb.
Fransalı rəqibinə göz açmağa və tatamidən qalxmağa macal verməyən R.Abbasov yüksək fərqlə qələbə qazanaraq turnirin bürünc medalını qazanıb.
Qeyd edək ki, Jiu-jitsu idman növü üzrə “Grand Slam” turniri dünyada ən prestijli beynəlxalq yarışlardan biri hesab edilir.
Bu, Rəsul Abbasovun peşəkar səviyyədə ilk uğuru deyil. O, “AJP Tour Asia Continental Jiu-Jitsu Championship 2023” turnirində bürünc medal, 2025-ci ildə Azərbaycanda “Jiu-jitsu Ne-waza” üzrə Assosasiya kubokunu (l yer) qazanıb.