Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Roluna görə təzyiqlərə məruz qaldı - Video
 
						Roluna görə təzyiqlərə məruz qaldı 
							 - Video
Əlavə olunub: 04.15.2025 | 22:47 | Baxılıb: 19468
Türkiyənin məşhur “Uzak Şehir” serialında Mine obrazını canlandıran Mine Kılıç roluna görə daim təhqirlərə məruz qaldığını açıqlayıb.

“past.az” xəbər verir ki, aktrisa bununla bağlı sosial media hesabından video paylaşıb.

Belə ki, dünən axşam yayımlanan bölümdən sonra sosial mediada tənqid atəşinə tutulan Mine Kılıç açıqlama verməli olduğunu bildirib:

“Sizin adınıza utanıram. 10 yaşlı qardaşım oğluna da qəribə fotolar, mesajlar göndərirsiniz. Əgər bura ailəm də daxil edilirsə, səssiz qala bilmərəm. Hüquqi tədbirlərə başlanılacaq”.

“Uzak Şehir” serialının ssenari müəllifi Gülizar Irmakla yaxın dost olduğu iddialarına da etiraz edən Mine Kılıç “Palçıq at, izi qalsın siyasətindən qurtula bilmədik. O, mənim dostum deyil. Serialla bağlı müqavilə təsdiqləndikdən sonra tanış olmuşuq”, - qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.