“past.az"in məlumatına görə, ulduz futbolçu sosial şəbəkə hesablarında mövsümün bitməsi ilə bağlı paylaşım edib.
“Bu bölüm bitdi. Hekayə? Hələ də yazılır. Hamıya minnətdaram” , - deyə o bildirib.
Portuqaliyalı hücumçunun bu paylaşımı onun “Əl-Nəsr”dən ayrılacağı ilə bağlı iddiaları gücləndirib.
Qeyd edək ki, “Əl-Nəsr” Səudiyyə Ərəbistanının son matçında uduzaraq üçüncü yeri tutub. Komanda Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
40 yaşlı Ronaldo 2023-cü ildən Səudiyyə təmsilçisində çıxış edir. Onun klubla müqaviləsi bu il iyunun 30-da başa çatır.