“past.az” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, Ronaldo əvvəllər “Almeriya”nı satın alan Səudiyyə Ərəbistanının “SMC Group” investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxşı münasibətdədir. 40 yaşlı hücumçu “SMC Group”un səhmlərindən ala bilər və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilə bilər.
Qeyd edək ki, “Almeriya” hazırda İspaniya Sequndasında çıxış edir.