Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ronaldo üçün 70 yaşlı baş məşqçi
 
						Ronaldo üçün 70 yaşlı baş məşqçi
Əlavə olunub: 06.28.2025 | 11:12 | Baxılıb: 2626
Stefano Pioli ilə yollarını ayıran “Əl-Nəsr” baş məşqçi postu üçün axtarışları davam etdirir.

“past.az” xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin əsas hədəfi Jorje Jezusu komandanın “sükanı arxasına” gətirməkdir. Bu barədə “Arriyadiyah” məlumat yayıb.

Klub rəhbərliyi artıq portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb. “Əl-Nəsr” 70 yaşlı məşqçiyə illik 7 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Jorje Jezusun son iş yeri Səudiyyə Ərəbistanının digər klubu “Əl-Hilal” olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.