Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ronaldo yeni müqavilə imzalayır
 
						Ronaldo yeni müqavilə imzalayır
Əlavə olunub: 06.25.2025 | 22:40 | Baxılıb: 2209
“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo klubu ilə yeni müqavilə imzalayır. 

“past.az” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Hazırda danışıqların son mərhələləri gedir. 40 yaşlı hücumçu bir və ya iki illik sözləşmə imzalayacaq. Səudiyyə Ərəbistanı təmsilçisi Portuqaliya millisinin oyunçusunu razı sala bilsə, onu 2027-ci ilin yayına qədər komandada saxlamaq niyyətindədir. 

Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəsr”lə hazırkı müqaviləsi bu ayın sonuna qədərdir. O, başa çatan mövsümdə komandasının heyətində 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.