Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ronaldonun komandası çempionluq şansını itirdi
 
						Ronaldonun komandası çempionluq şansını itirdi
Əlavə olunub: 05.13.2025 | 01:35 | Baxılıb: 1203
Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq şansını itirib.

“past.az” xəbər verir ki, 31-ci turda lider “Əl-İttihad” “Əl-Faiha”nı 3:0 hesabı ilə məğlub edib və xallarının sayını 74-ə çatdırıb.

Bununla da, mövsümün sonuna 4 tur qalmış 60 xalı olan “Əl-Nəsr”in liderə çatması mümkünsüz olub.

Qeyd edək ki, Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında iki il yarım ərzində (2023-cü ilin yanvarından) heç bir kubok qazana bilməyib. Komanda bu mövsüm ölkə kuboku və Asiya Çempionlar Liqasında da mübarizəni dayandırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.