Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rus generalın qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı - Foto
 
						Rus generalın qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanıldı 
							 - Foto
Əlavə olunub: 04.26.2025 | 22:20 | Baxılıb: 7434
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin adlı şəxs Türkiyədə saxlanılıb.

“past.az” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, - deyə bildirilir.

Məlumata görə, İ. Kuzinin Ukraynada yaşamaq icazəsi olub.

Xatırladaq ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.

Fotoda İqnat Kuzin

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.