Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada əməliyyat - Onlarla azərbaycanlı saxlanıldı
 
						Rusiyada əməliyyat 
							 - Onlarla azərbaycanlı saxlanıldı
Əlavə olunub: 06.27.2025 | 23:55 | Baxılıb: 8584
Xəbər verdiyimiz kimi, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşları bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi tərəfindən evlərinə basqın edilərək qətlə yetirilib.

“past.az” “mk.ru”ya istinadən xəbər verir ki, onun qardaşlarının ölümü ilə bağlı yeni detallar məlum olub.

Məlumata görə, Yekaterenburq şəhərində onlarla azərbaycanlı saxlanılıb, ikisi öldürülüb. Öldürülən şəxslər S.Hüseynlinin qardaşlarıdır.

Qeyd edilir ki, təqiblər 2001-ci ildə Azərbaycan diasporunun adı hallanan qətldə kimin əli olduğu ilə bağlı başlayıb.

Azərbaycanlılar arasında qatilin axtarıldığı vurğulanıb. Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak ediblər.

Xatırladaq ki, Seyfəddin Hüseynli APA-ya açıqlamasında Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən öldürüldüyünü deyib.

“İki qardaşımı da işgəncə ilə öldürüblər”, - deyə Seyfəddin Hüseynli bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.