Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - Foto
 
						Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu 
							 - Foto
Əlavə olunub: 04.17.2025 | 16:29 | Baxılıb: 5181
Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

“past.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan Sənan Möhsümov döyüşlərin birində həlak olub.

Rusiya ordusunun sıralarında Ukraynaya qarşı döyüş əməliyyatlarına qoşulmuş Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini olan Hüseyn İsayev isə əks cəbhədə həlak olub.

Teleqraf.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü H. İsayev Rusiyadakı həbsxanadan müharibəyə cəlb edilibmiş. O, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.

Fotoda: Sənan Möhsümov

Fotoda: Hüseyn İsayev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.