Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada helikopter qəzası - Ekipaj üzvləri öldü
 
						Rusiyada helikopter qəzası 
							 - Ekipaj üzvləri öldü
Əlavə olunub: 03.18.2025 | 21:19 | Baxılıb: 1785
Rusiyanın Leninqrad vilayətində “Mi-28” helikopteri qəzaya uğrayıb, ekipaj ölüb.

“past.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“18 mart 2025-ci il tarixində Leninqrad vilayəti ərazisi üzərindəki hava məkanında planlı təlim-məşq uçuşu zamanı Mi-28 helikopteri qəzaya uğrayıb. Hava gəmisi yaşayış məntəqələrindən uzaq, əhalinin olmadığı əraziyə düşüb. Ekipaj həlak olub”, - məlumatda deyilir.

Qeyd edilib ki, hadisə yerinə axtarış-xilasetmə qrupu gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.