Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabah bu ərazilərdə qaz olmayacaq
 
						Sabah bu ərazilərdə qaz olmayacaq
Əlavə olunub: 05.07.2025 | 19:20 | Baxılıb: 5837
Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə mayın 8-i saat 09:00-dan etibarən  qaz təchizatı dayandırılacaq.

Bu barədə “past.az”ya “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.