“past.az"in məlumatına görə, İmişli rayon sakini Kərimova Şəbnəm Vaqif qızı Sabirabad doğum evində doğuş zamanı həyatını itirib.
Ananın dünyaya gətirdiyi övlad isə sağ qalıb.
***
TƏBİB-dən bildirilib ki, 1992-ci il təvəllüdlü hamilə qadın iyulun 7-də saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.
Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Məlumata görə, iyulun 8-də saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Ziya Əmirxanlı