Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şabranda selə görə - 15 ailə təxliyə edildi - Video
 
						Şabranda selə görə 
							 - 15 ailə təxliyə edildi - Video
Əlavə olunub: 04.16.2025 | 15:09 | Baxılıb: 3590
Ötən gündən başlayan güclü yağış nəticəsində Şabran rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb. 

“past.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Qeyd olunur ki, güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Həmçinin çay kənarında yerləşən evlərin sakinlərinin təxliyə edildiyi bildirilir.

***

Şabran Rayon İcra Hakimiyyətindən “past.az”ya bildirilib ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə körpülərdə hərəkətə məhdudiyyət qoyulub. Ətraf ərazidə yaşayan 15 ailə təhlükəsiz yerə təxliyə edilib: “Həmin ailələrdən bəziləri qohumlarının evlərinə yerləşdirilib. Evi olmayanlar isə müvəqqəti qalmaq yeri ilə təmin ediləcək. Hazırda fəsadların aradan qaldırılması ilə bağlı ərazidə FHN-in Komissiyası işləyir”.

İcra Hakimiyyətindən, həmçinin bildirilib ki, yağıntı və daşqınlar nəticəsində rayonda biri Xəlfələr kəndində olmaqla ümumilikdə 3 körpü dağılıb. Hazırda fəsadların aradan qaldırılması ilə bağlı iş gedir. 

***

Şabranın Zeyvə kəndinin bir hissəsini də su basıb. 

Gülnar Əliyeva 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.