Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şahdağa qar yağır - Faktiki hava
 
						Şahdağa qar yağır 
							 - Faktiki hava
Əlavə olunub: 04.15.2025 | 21:35 | Baxılıb: 1950
Aprelin 15-i saat 21:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə “past.az”ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Belə ki, bəzi yerlərdə şimşək çaxır, Lerik, Balakən, İsmayıllı, İmişli, Cəlilabad, Lənkəran, Sabirabad, Zaqatala, Xocalı, Kəlbəcər, Zəngilan, Şuşa, Yardımlı, Daşkəsən, Gədəbəy, Culfa, Göygöl, Şəmkir, Ceyrançöl, Şabran, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Biləsuvar və Neftçalada intensiv yağış, Tovuz, Oğuz, Qax, Xaltan, Göyçay, Gəncə, Quba, Qusar, Şəki, Laçın, Ağdam, Naftalan və Füzulidə isə leysan xarakterli yağış yağır.

Şahdağda arabir qar yağması müşahidə olunur.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s-yə çatır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.