Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Şakir Paşa ailesi” final edəcək
 
						“Şakir Paşa ailesi” final edəcək
Əlavə olunub: 05.01.2025 | 20:02 | Baxılıb: 3057
Türkiyənin məşhur “Şakir Paşa ailesi: Mucizeler ve skandallar” serialı final edəcək.

“past.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu haqda serialın baş rollarından biri olan Cem Yiğit Üzümoğlu açıqlama verib.

“Təəssüf ki, belə nəticələndi. Yanğınların öhdəsindən gəlmək olar. Amma bir dostumuzun ölümü hamımız üçün son nöqtə oldu və bitirmək qərarı verildi”, - o qeyd edib.

Xatırladaq ki, ötən ay serialın çəkildiyi məkanda yanğın baş verməsi ölümlə nəticələnib. Belə ki, tüstüdən təsirlənərək infarkt keçirən istehsalat üzrə menecer, “Taki” ləqəbli Serkan Sükyan vəfat edib.

Qeyd edək ki, ötən il də serialın çəkildiyi məkanda yanğın baş vermişdi. Yanğın nəticəsində Böyükadadakı tarixi malikanənin dekor olaraq qurulan hissəsi tamamilə külə dönmüşdü.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.