Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Salah 3-cü dəfə ilin futbolçusu seçildi
 
						Salah 3-cü dəfə ilin futbolçusu seçildi
Əlavə olunub: 05.09.2025 | 20:12 | Baxılıb: 1537
Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasən İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

“past.az” xəbər verir ki, “Liverpul”un futbolçusu Məhəmməd Salah ən yaxşı seçilib. 

Misirli vinger üçüncü dəfə bu mükafata layiq görülüb. 32 yaşlı oyunçu 2017/18 və 2021/22 mövsümlərində də eyni mükafatı alıb.

Qeyd edək ki, Məhəmməd Salahın formasını geyindiyi “Liverpul” İngiltərə çempionluğunu rəsmiləşdirib. 

32 yaşlı futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 35 oyunda 28 qol vurub, 18 qol ötürməsi edib.

Forvard  2017-ci ildən “Liverpul”un formasını geyinir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.