Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Şamaxı” bu siyahıda Azərbaycanın ən yaxşısıdır
 
						“Şamaxı” bu siyahıda Azərbaycanın ən yaxşısıdır
Əlavə olunub: 05.07.2025 | 16:22 | Baxılıb: 1261
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) hazırkı mövsümdə 21 yaşadək futbolçuların öz klublarında qazandıqları oyun vaxtının faizini təhlil edib.

“past.az” xəbər verir ki, araşdırmada 65 dünya liqası yer alıb. Bura Azərbaycan Premyer Liqası da daxildir.

Siyahıya əsasən, sözügedən yaş kateqoriyasının futbolçularına ən çox oyun vaxtı verən klubumuz 22,5 faizlə “Şamaxı” olub. 

Bölgə təmsilçisindən sonra isə “Neftçi” (13,1 faiz), “Sabah” (9,3 faiz), “Sumqayıt” (8,2 faiz), “Zirə” (7,0 faiz), “Qarabağ” (5,7 faiz), “Səbail” (3,2 faiz), “Kəpəz” (3,1 faiz), “Araz-Naxçıvan” (2,5 faiz) və “Turan-Tovuz” (2,1 faiz) gəlir.

Qeyd edək ki, sözügedən araşdırmada ən yüksək nəticə Belçikanın “Lommel” klubundadır – 69,6 faiz. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.