Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Şamaxı” ilə “Səbail”dən heç-heçə
 
						“Şamaxı” ilə “Səbail”dən heç-heçə
Əlavə olunub: 05.03.2025 | 19:06 | Baxılıb: 987
Azərbaycan Premyer Liqasında 33-cü tur davam edir. 

“past.az” xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Səbail”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Beləliklə, “Şamaxı” turnir cədvəlində 36 xalla 6-cı, “Səbail” isə 22 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb. 

Günün ikinci matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Hazırda Naxçıvan klubu 54 xalla turnir cədvəlində üçüncü, Masazır təmsilçisi isə 40 xalla dördüncüdür. Əsas izləyicisi “Turan Tovuz”u 5 xal qabaqlayan “Araz-Naxçıvan” bugünkü matçda qələbə qazansa, bürünc medallara doğru böyük addım atmış olacaq.

Bu mövsüm tərəflərin keçirdiyi 3 matçdan birində “Sabah” qalib gəlib, digər iki görüş isə heç-heçə yekunlaşıb. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında artıq “Qarabağ” qızıl, “Zirə” isə gümüş medalları təmin edib. 

3 may

17:00. “Şamaxı” - “Səbail” - 1:1 

Qollar: Alfons Msanqa, 33 (1:0), Rüfət Abullazadə, 67 - pen. (1:1)

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.