Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Santuş Emin Mahmudovdan aldığı kapitanlığı geri qaytardı
 
						Santuş Emin Mahmudovdan aldığı kapitanlığı geri qaytardı
Əlavə olunub: 06.06.2025 | 19:25 | Baxılıb: 1073
Azərbaycan millisinin əsas kapitanı Emin Mahmudov olacaq.

“past.az” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fernandu Santuş məlumat verib. 

O bildirib ki, ilk “11-lik”də meydana çıxacağı halda komandanın kapitanı da, rəsmi penalti vuranı da Emin Mahmudov olacaq.

Qeyd edək ki, Fernandu Santuş Azərbaycan millisinə baş məşqçi təyin olunandan sonra kapitanlığı Emin Mahmudovdan almışdı. Santuş həmin vaxt “Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür”, - şərhini vermişdi.

Elsevər Məmməd

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.