Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Şaxtyor”, ÇFR və “Legiya” Bakıya gələ bilər
 
						“Şaxtyor”, ÇFR və “Legiya” Bakıya gələ bilər
Əlavə olunub: 05.16.2025 | 10:15 | Baxılıb: 1444
UEFA Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klub sayı 7-yə çatıb.

“past.az” saytının məlumatına görə, onlardan üçü səpələnmişlər, ikisi səpələnməmişlər səbətində yer alacaqsa, ikisinin səbəti qeyri-müəyyəndir.

Son olaraq Ukrayna nəhəngi “Şaxtyor”, Rumıniya ÇFR-i, Macarıstan komandası “Paksi” və Sloveniyanın “Selye” komandası bu turnirdə iştirak hüququna yiyələniblər. Onlardan “Şaxtyor” və ÇFR Polşa klubu “Legiya” kimi, püşkatma zamanı səpələnmişlərdə olacaq. Yəni bu 3 klub Azərbaycanı turnirdə təmsil edəcək komandanın potensial rəqibləridir.

Çünki ölkəmizdən Avropa Liqasına yollanma ehtimalı olan “Zirə” və “Sabah”ın reytinqi aşağıdır. Onlardan hansı turnirə vəsiqə qazansa, püşkdə zəiflərin sırasında yer alacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.