Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - Video
 
						Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş 
							 - Video
Əlavə olunub: 06.25.2025 | 22:47 | Baxılıb: 21319
Bir neçə gün əvvəl sosial şəbəkələrdə müğənni Şəbnəm Tovuzlunun Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində “dollar yağışı”na tutulması ilə bağlı görüntülər yayılıb.

“past.az” Gununsesi.info-ya istinadən xəbər verir ki, Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan həmin ailə, Ofeliya və “Luka” ləqəbli oğlu narkotik alverçisi imiş.

Gürcüstanını Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

Qeyd edək ki, təqdim etdiyimiz görüntülərdə əməliyyatın keçirildiyi evlə bir neçə gün əvvəl toy mərasiminin keçirildiyi həyətin eyni olduğu görünür.

Həmin mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.

Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar da bu faktı təsdiqləyiblər.

Həmin görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.